Xəbər - İlhamə İsabalayeva – Trend:
Azad edilmiş ərazilərdə məşğulluq tədbirlərinin həyata keçirilməsinə minalardan təmizlənmə işləri bitdikdən sonra başlanılacaq.
AzerTimes-ın məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı ilə bağlı agentlikdə işçi qrup yaradılıb və tədbirlər planı təsdiqlənib. Bu tədbirlər planı çərçivəsində həm işğaldan azad edilmiş ərazilər, həm sərhədyani ərazilər, həm də düşmən terrorundan əziyyət çəkən Gəncə, Bərdə və Tərtər şəhərləri üzrə işlərin görülməsi nəzərdə tutulur:
“Özünüməşğulluq tədbirlərinin, ictimai işlərin təşkili və digər məşğulluq tə\dbirlərinin böyük hissəsinin məhz bu ərazilər üzrə görülməsi planlaşdırılır. Bu ərazilərdə minalardan təmizlənmə işləri həyata keçirildikdən sonra bu işlərə başlaya biləcəyik”.
M.Abbasbəyli qeyd edib ki, postmüharibə dövründə 2200-dən çox şəhid ailə üzvü və müharibə qazisi üçün özünüməşğlluq və digər məşğulluq tədbiri həyata keçirilib.