Xəbər - Sədrəddin Ağcayev – Trend:
2022-ci ildən Azərbaycanın azad edilmiş ərazilərində işləyən fermerlərə əkin üçün birdəfəlik subsidiyalar veriləcək.
AzerTimes-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, Ağdam, Füzuli, Xocavənd, Qubadlı və Zəngilanda salınan üzümlüyün hər hektarı üçün sahibkara 8 min manat məbləğində birdəfəlik subsidiya veriləcək:
“Eyni zamanda üzümlüklərə görə subsidiya mexanizmi Ağsu, Cəlilabad, İsmayıllı, Qəbələ, Qobustan, Lerik. Siyəzən, Şabran, Şamaxı, Şəki və Yardımlı rayonlarında işləyən fermerlərə də şamil olunacaq”.
Qeyd edək ki, torpağın aqrokimyəvi analizinin nəticələrini “Elektron kənd təsərrüfatı” (EKTIS) məlumat sisteminə daxil etməyən sahibklarlara səpin üçün subsidiyalar ödənilməyəcək.
(Tərcümə: Orxan Nəbiyev)