Azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün 14 Rusiya şirkəti müraciət edib

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün 14
Rusiya şirkəti müraciət edib.


Trend
-in məlumatına görə, bu barədə Fevralın 16-da Azərbaycan
Respublikası Baş nazirinin müavini, Azərbaycan-Rusiya İqtisadi
Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən
həmsədri Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin
müavini, Komissiyanın Rusiya tərəfdən həmsədri Aleksey Overçuk
arasında videokonfrans formatında görüşdə deyilib.

Görüşdə iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşlarının
artmasına hərtərəfli dəstək verilməsinin davam etdiriləcəyi, o
cümlədən ölkəmiz tərəfindən Rusiya iqtisadiyyatına 1,2 mlrd. ABŞ
dollarından çox sərmayə qoyulduğu, Rusiya tərəfindən isə Azərbaycan
iqtisadiyyatına 6 mlrd. ABŞ dollarından artıq investisiya
yatırıldığı qeyd edilib.

Rusiya şirkətləri üçün Azərbaycan sənaye parklarında həyata
keçirilən layihələrdə iştirak etmək üçün əlverişli imkanların
olduğu, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət
göstərmək üçün 14 şirkətin müraciət etdiyi diqqətə çatdırılıb.

Teqlər: