Azad edilmiş ərazilərdə bələdiyyələrin formalaşdırılacağı müddət açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələrin yaradılmasına başlanılacağı müddət açıqlanıb.

AzerTimes-ın məlumatına görə, ədliyyə nazirinin müavini Vilayət Zahirov parlamentin bu gün keçirilən iclasında bələdiyyələrin illik fəaliyyəti haqqında hesabat verərkən deyib ki, Azərbaycanda bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir.

O bildirib ki, erməni işğalı nəticəsində indiyə qədər 950-dən çox yaşayış məntəqəsində bələdiyyə seçkiləri keçirilməyib və həmin ərazilərdən olan soydaşlarımızın konstitusyon hüquqları pozulub.

Nazir müavini bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə minalardan təmizlənmə işləri, dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılır: “Bu proseslərdən sonra həmin ərazilərdə yaşayış üçün zəruri infrastruklturun yaradılamsı, insanların qayıtması işləri aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə yerli özünüidarə orqanlarının yaradılmasına başlanılacaq”.

Teqlər: