Azad edilmiş ərazilərdə artezian quyuları istifadəyə verildi – Fermerlər Prezident İlham Əliyevə təşəkkür edirlər (Trend TV-nin reportajı)

Ağdam. Trend:

İşğaldan azad edilmiş ərazilərdə subartezian quyuları qazılır.
Bu gün Ağdamın azad edilmiş ərazilərində bir neçə yeni artezian
quyusu istifadəyə verilib. Bu quyuların əksəriyyəti vəhşi ermənilər
tərəfindən dağıdılıb, məhv edilib. Torpaqlarımız azad ediləndən
sonra isə artezian quyularında təmir bərpa işləri aparılıb.

AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupu quyuların istifadə
edilməsi prosesini yaxından izləyib. Ağdam Mexaniki Suvarma
İdarəsinin rəisi Hafiz Əzimzadə AzerTimes-a bildirib ki, ilin sonuna
kimi daha 178 ədəd suabrtezian quyusunun təmir edilməsi
planlaşdırılır. İndiyə qədər isə 12 subartezian quyusu təmir
olunaraq istifadəyə verilib. Bu quyular 40 hektara yaxın ərazini
suvarma suyu ilə təmin edəcək:

“Ağdamın işğaldan azad olunmuş ərazilərində 327 ədəd subartezan
quyusu, 2 böyük su anbarı, 327 kilometr suvarma kanalları və eyni
zamanda 267 hidrottexniki qurğu və s. avadanlıqlar var. Bunlar
hamısı tezliklə bərpa ediləcək. Ağdam ərazisində olan iki anbar
istifadəyə veriləndən sonra 11700 hektar ərazinin suvarılmasını
təmin edəcək. Hazırda inventarizasiya işləri həyata keçirilən hər
iki su anbarında yaxın zamanlarda təmir-bərpa işlərinin aparılması
planlaşdırılır:

H. Əzimzadə bildirib ki, Ağdam Mexaniki Suvarma İdarəsinin
balansında olan Xaçınçay su anbarı, Ağdamkənd su anbarları vardır
ki, Xaçınçay su anbarı 23 milyon kub metr su həcmi var və bununla 8
min hektar sahənin suvarılması baş tutacaq. Eyni zamanda Ağdamkənd
su anbarının 1.7 milyon kub metr su həcmi vardır ki, 3700 hektar
sahənin asuvarılmasına xidmət edəcək.

Azad edilmiş torpaqlarda əkin aparan fermerlər də yaradılan
şəraitdən məmnunluqlarını ifadə ediblər. Fermer Fazil
Məmmədhüseynzadə torpaqların su ilə təmin edilməsinə görə ölkə
rəhbərliyinə dərin təşəkürünü bildirib. O, qeyd edib ki, bu il
məhsuldarlıq bol olacaq. Azad edilən ərazilərdə əkin aparan fermer
Xanoğlan Əliyev də fermerlərə göstərilən bu diqqət və qayğıya görə
Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib, su təminatının
yaxşılaşdırılmasına görə razılığını dilə gətirib.

Trend TV-nin Ağdamdan hazırladğı videoreportajı təqdim
edirik.

Teqlər: