Azad edilmiş ərazilərdə 18 nəfər minadan həlak olub, 32 nəfər xəsarət alıb – Agentlik

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistanın mina xritələrini təqdim etməməsi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə daha çox vaxt və vəsaitin xərclənməsinə səbəb olur.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Poladov Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.

O qeyd edib ki, tank və piyada əleyhinə minalar əsas təhlükə mənbəyidir:


“İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi barədə xəbərdarlıq üçün minlərlə bilbordlar quraşdırılıb. Həmin ərazilərdə minaların partlaması nəticəsində 18 nəfər həyatını itirib, 32 nəfər isə xəsarət alıb”.

Teqlər: