Azad edilmiş ərazilərdə 100 hektara yaxın sahədə ağac əkiləcək

Xəbər - Samir Əli – Trend:

“Yaşıl marafon” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 100 hektara yaxın sahədə ağac əkilməsi nəzərdə tutulub.

AzerTimes-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 32 hektar Zəngilanda, 40 hektar Cəbrayılda, 20 hektar Türkiyə ilə birgə salınacaq dostluq parkında, 10 hektar Ağdamda və digər ərazilərdə ağacəkmə həyata keçiriləcək:

“60 hektar bu payız əkiləcək. Haraya giriş imkanımız var, həmin ərazilərdə bu işləri həyata keçiririk”.

Teqlər: