Xəbər - Humay Ağacanova – Trend:
Hazırda işğaldan azad edilən torpaqlarda peşə məktəblərinin yaradılması üçün bir sıra müzakirələr aparılır.
AzerTimes-ın məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov bildirib.
C.Kərəmov qeyd edib ki, Ermənistanın torpaqlarımıza qarşı işğalçı siyasətindən ən çox ziyan çəkmiş sturtuktur peşə təhsili sistemi olub.
Onun sözlərinə görə, birinci Qarabağ müharibəsindən sonra peşə təhsili mərkəzlərinin infrastrukturunun yarısından çoxu məcburi köçkünlərin yaşayışı üçün istifadəyə verilmişdi:
“İşğaldan əvvəl torpaqlarımızda 12 peşə təhsili müəssisəsi fəaliyyət göstərirdi. Onlardan 6-sı fəaliyyətini tam dayandırdı, qalanları isə köçkün məktəbi formasında fəaliyyət göstərir.”