Azad edilən ərazilərin xəritəsi… – Naapetyan etiraf etdi

Azad edilən ərazilərin xəritəsi… – Naapetyan etiraf etdi

İşğaldan azad edilmiş ərazilərin (!) mina xəritələrini Azərbaycana verməklə Nikol Paşinyan valideynlərə dedi: məndən bir daha övladlarınızı tələb etməyin, çünki onları qaytarmaq üçün yeganə şans xəritələr idi.

AzerTimes xəbər verir ki, bu sözləri mətbuat konfransında hərbi ekspert Ayk Naapetyan deyib.

“Mən bu kartları səxavətlə verdim, ancaq Azərbaycan aldatdı və əsirləri qaytarmadı. Bəs kim dedi ki, əsirləri qaytarmaq üçün bu xəritələri verməlisən? Mən inanmıram ki, Nikol xəritələri əsgərləri qaytarmaq üçün verib, inanıram ki, o, xəritələri satıb, çünki Nikol daxilən alverçidir.

Bu xəritələr, əgər sabah müharibə olarsa, minlərlə həyat alacaq. Pula görə xəritələri verdin, sabah onlar minlərlə cana başa gələ bilər”, – Naapetyan bildirib.

Qeyd edək ki, bu açıqlamada bir neçə diqqət çəkən məqam var. Əvvəla, Azərbaycan bütün əsirləri geri qaytarıb, yalnız 10 noyabr 2020-ci ildən iki həftə sonra ərazimizə yerləşərək, 4 nəfəri qətlə yetirən diversantlardan başqa. Onlar hərbi əsir hesab olunmurlar. Baxmayaraq ki, Ermənistan mina xəritəsini bəhanə edərək, diversant-terrorçuların da bir hissəsini geri alıb. Mina xəritələrinin isə cəmi 25 faiz dəqiq olduğu sonradan üzə çıxmışdı.

İkincisi, Naapetyan “sabah müharibə olarsa…” sözündən istifadə edir. Mina xəritələri azad edilmiş ərazilərə aiddir, həmin torpaqlarda isə bir daha müharibə olmayacaq. Ermənistan hücum edərsə, bu dəfə müharibə Ermənistan ərazisində olacaq.

Üçüncüsü və ən maraqlısı, erməni ekspertin və erməni mediasının “işğaldan azad edilmiş ərazilər” ifadəsidir. Vaxtilə bu ifadəni işğal etdikləri ərazilərimiz haqda işlətsələr də, hazırkı reallıqda “azad edilmiş” ifadəsi tam fərqli məna kəsb edir. Belə görünür ki, erməni ekspert ərazilərimizin işğaldan azad olunduğunu etiraf edib.

Teqlər: