Xəbər - Elçin Mehdiyev – Trend:
Əlbəttə ki, Azərbaycana hərbi əməliyyatları başa vurmaq lazım idi, amma həmin ərazilərdə yenidənqurma işləri çox zaman, maliyyə və səbr tələb edir.
AzerTimes-ın məlumatına görə, bunu İƏT Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında deyib.
Baş katib bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bu istiqamətdə bütün səylərini dəstəkləyir: “Təşkilata üzv olan bütün ölkələr Azərbaycanın bu səylərini dəstəkləyəcək. Əlbəttə ki, gələcəkdə yenidənqurma işlərinin necə davam etməsi üçün Azərbaycana yenə səfərlər edəcəm”.