Xəbər - Elçin Mehdiyev – Trend:
44 günlük Vətən müharibəsi nəticəsində erməni işğalından azad edilən ərazilərdə bərpa və yenidən qurulma işlərinə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb.
Maliyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərinin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində 2200,0 milyon manat nəzərdə tutulub.
2021-ci ilin 6 ayı ərzində bu vəsaitin 16,9 faizi və ya 372,1 milyon manatı istifadə olunub.
Twitter: @ElchinMehdiyev