Xəbər - Elçin Mehdiyev – Trend:
Həm Bakıda, həm də işğaldan azad edilən ərazilərdə Zəfər muzeyləri açılır və bununla bağlı işlər davam etdirilir.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.
O bildirib ki, bu məsələ ilə bağlı həm yerli, həm də xarici ekspertlər cəlb edilib.
Nazir qeyd edib ki, muzeyin konsepsiyası və içindəki məzmunu ilə bağlı işlərə kompleks şəkildə baxılır: “Bunların hamısının həlli üçün işlər aparılır”, – A.Kərimov deyib.