Azad edilən ərazidən 4 ton naqil oğurlayan “KAMAZ” sürücüsü saxlanıldı

Azad olunmuş ərazilərdən külli miqdarda elektrik naqili
oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Qubadlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri
nəticəsində martın 13-də Balasoltanlı kəndi ərazisində işğaldan
azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birində
işləyən A.Əliyevin idarə etdiyi “KamAZ” markalı avtomobil
saxlanılıb. Avtomobilə baxış zamanı 4 ton elektrik naqili aşkar
edilib.

Araşdırma aparılır.

Teqlər: