Az qalsın Bakı susuz qalacaqdı

Az qalsın Bakı susuz qalacaqdı

Paytaxtda oğurluğa cəhd göstərmiş 2 nəfər polislər tərəfindən tutulub.

Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları xidmət apardıqları ərazidə, Lökbatan qəsəbəsi ərazisindən keçən “Azərsu” ASC-yə məxsus Kür Su Kəmərinin böyük həcmli su krantını kəsərək oğurlamağa cəhd göstərmiş 1967-ci il təvəllüdlü Səfərov Şakir Əlixan oğlu və Neftçala rayon sakini 1983-cü il təvəllüdlü Pənahəliyev Xəqani Mirəli oğlunu yaxalayıblar.

Tutularkən oların istifadə edildiyi metalkəsən aparat da götürülüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.