Niderlandın “AZ Alkmaar” klubu UEFA Avropa Liqasının V turu çərçivəsində “Qalatasaray”la keçiriləcək görüşə rəqib komandanın azarkeşləri üçün nəzərdə tutulan tribunadan başqa yerlərə bilet alanları stadiona buraxmayacaq.
AzerTimes Oxu.Az-a istinadən xəbər verir ki, nuna səbəb olaraq azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi göstərilir.
Qeyd edək ki, “AZ Alkmaar” – “Qalatasaray” görüşünü stadiondan izləmək və bilet əldə etmək istəyən azarkeşlər kluba müraciət etməli olacaqlar. Qonaq azarkeşlərin yerləşdiyi sektor üçün biletlərin satışı onlayn həyata keçirilmir.