Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova vəzifəsindən azad edilib.
AzerTimes İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Məlumata görə, A.Sabitova öz xahişi ilə vəzifəsindən ayrılıb.
Qeyd edək ki, A.Sabitova 2018-ci ildən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışırdı.