Paytaxt yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması məqsədi ilə işlər davam etdirilir.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Xüsusilə, məktəblilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə orta təhsil müəssisələrinin ətrafında müxtəlif tədbirlər görülməkdədir.
Görülən işlər çərçivəsində paytaxtın 101, 121 və 136 nömrəli orta məktəblərin ətraflarındakı mövcud piyada keçidlərində yenilənmə işləri aparılıb.