Avropa Yenidənqurma və İnkişaf Bankı 2022-2023-cü illər ərzində Ukrayna biznesinə və iqtisadiyyatının fəaliyyətini davam etdirməsinə kömək etmək üçün 3 milyard avroya qədər vəsait ayıracaq.
AzerTimes xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, AYİB prezidenti Odil Renaud-Basso Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə razılığa gəlib.
“Fevral ayında işğal başlayandan bəri AYİB 1 milyard avrodan çox vəsait ayırıb və 2023-cü ilin sonuna qədər bu rəqəmi üç dəfə artırmaq niyyətindədir. Onun əsas diqqəti enerji və ərzaq təhlükəsizliyinin dəstəklənməsinə, dəmir yolunun, infrastrukturun və əczaçılıq sənayesinin yenidən qurulmasına yönəldiləcək. ”, – deyə məlumatda bildirilib.