Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Moskva və Minskdəki
ofislərini bağlamaq qərarına gəlib.
AzerTimes-ın
məlumatına görə, bu barədə AYİB-nin press relizində bildirilib.
Press-relizdə bu qərar “Rusiya Federasiyasının Belarusun köməyi
ilə həyata keçirdiyi tədbirlərin qaçılmaz nəticəsi” adlanır.
“Biz Ukraynaya sarsılmaz dəstəyimizi ifadə etməyə davam edirik
və artıq Ukrayna və müharibədən zərər çəkən digər ölkələr üçün
ilkin 2 milyard avroluq yardım paketi barədə razılığa gəldik”, –
deyə AYİB-dən qeyd edilib.
AYİB 2014-cü ildən bəri Rusiyada yeni layihələrə investisiya
qoymur.