Xəbər - Zeyni Cəfərov – Trend:
2021-ci ilin yanvar-avqust aylarında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı kredit portfeli 1,132 milyard avro təşkil edib.
Trend bu barədə AYİB-ə istinadən məlumat verir.
Qeyd olunur ki, kredit portfeli 35 proqramın reallaşdırılması üçün nəzərdə tutulub. İnvestisiyaların 22 faizi özəl sektorun payına düşüb.
Kredit portfelinin 78 faizi və ya 887 milyon avro dayanıqlı infrastruktura investisiyalara, 20 faizi və ya 225 milyon avro sənaye, ticarət və aqrar sektora investisiyalara, 2 faizi və ya 20 milyon avro maliyyə təşkilatlarına investisiyalara yönəlib.
Ümumilikdə, 1992-ci ildən bu günədək AYİB Azərbaycanda 177 layihə üzrə 3 milyard avrodan çox investisiya qoyub.
Twitter: @jafarov_zeyni
(Tərcümə: Orxan Nəbiyev)