Xəbər - Sədrəddin Ağcayev – Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2021-ci il üçün Azərbaycanın icmal büdcəsinin kəsiri ilə bağlı proqnozu yeniləyib.
AzerTimes bu barədə AYİB-in hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, bu il Azərbaycanın icmal büdcəsinin kəsiri ümumi daxili məhsulunn 1,8 faizinə bərabər olacaq.
Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsi layihəsinə görə, gələn il icmal büdcənin kəsiri 5,229 milyard manat və ya proqnozlaşdırılan ÜDM-in 6 faizinə bərabər olacaq.
Eyni zamanda, Beynəlxalq Valyuta Fondu 2021-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-in 1,8 faizinə qədər azalacağını gözləyir. 2022-ci ildə isə kəsirin profisitə dəyişərək ÜDM-in 0,7 faizinə bərabər olacağı proqnozlaşdırılır.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)