Xəbər - Fidan Babayeva – Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Avrora” qida və içki istehsalı şirkətinə 25 milyon avro məbləğində vəsait ayıracaq.
Trend bu barədə AYİB-ə istinadən məlumat verir.
Qeyd olunur ki, kreditin məqsədi yeni istehsal xətlərinin və avadanlıqlarının satın alınması, Azərbaycanda aqrobiznes sektorunun inkişafının sürətləndirilməsi və gender bərabərliyinin təmin olunmasıdır.
Kredit Azərbaycan manatı ilə iki tranşda veriləcək.
(Tərcümə: Orxan Nəbiyev)