Aygün DTX-nın solisti oldu

Aygün DTX-nın solisti oldu

28 may Azərbaycan Respublika Günü ilə əlaqədar olaraq bu gün (27 may) Dövlət Təhlükəsizlik Xidmətinin təşəbbüsü ilə Bayraq meydanında yürüş keçirilib.

Tədbirdə bir sıra dövlət işçiləri, o cümlədən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, Sərhəd Qoşunları Xidmətinin rəisi Elçin Quliyev də iştirak edib.

Azərbaycanın xalq artisti Aygün Kazımova “Azərbaycan” mahnısı ilə tədbirin açılışını edib.

Keçirilən tədbirdə Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinə solist təyin olunub və ona fəxri diplom təqdim olunub. Tədbirin rəsmi hissəsindən sonra 5 km marafona start verilib.

aygun-medet-quliyev