Mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi sabah saat 11:00-da Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə Report-a sənətçinin yaxınları bildirib.
Vida mərasimindən sonra mərhum saat 13:00-da Suraxanı kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist ötən gecə Türkiyədə xəstəxanada vəfat edib.