Aygün Bəylərin ən böyük arzusu…

Aygün Bəylərin ən böyük arzusu…

Aygünün ən böyük arzusu Şuşaya getmək idi.

AzerTimes xəbər verir ki, bu sözləri Avroviziya-2011-in qalibi Nigar Camal əməkdar artist Aygün Bəylərin vida mərasimində deyib.

“Aygün Bəylərin vəfatı çox böyük itkidir. Sonuncu dəfə dekabrın 30-da danışmışıq. Türkiyəyə yola düşürdü. Ən böyük arzusu Şuşaya getmək idi. Dedi ki, hər şey yaxşı olsa, Şuşaya gedəcəyəm. Çox təəssüf belə oldu. Çox çətindir. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Aygün Bəylər 6 yanvarda Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Teqlər: