Prezident İlham Əliyev əməkdar artist Aygün Bəylərə ev hədiyyə edib.
AzerTimes xəbər verir ki, bu barədə müğənni Xəzər TV-də yayımlanan “Söhbət Musiqidən Gedir” verilişində öyrənib.
Qeyd edək ki, bir neçə il öncə Aygün Bəylər solo konserti üçün evini girov qoymuşdu. Lakin konsert “Günəşli” yatağında baş verən faciə ilə üst-üstə düşdüyündən bu, baş tutmamışdı. Nəticədə Aygün Bəylər həmin məbləği itirmişdi.
Aygün Bəylər ev probleminin həlli üçün Heydər Əliyev Fonduna müraciət edib. İfaçının müraciəti müsbət qarşılanıb.