Əməkdar artist Aygün Bəylər xərçəng xəstəliyindən əziyyət çəkir.
AzerTimes Olay.az-a istinadən xəbər verir ki, məşhur müğənnidən 4-cü dərəcəli ağır xəstəlik bir müddət əvvəl aşkarlanıb.
A. Bəylər artıq müalicələrə başladığı iddia olunub və səhhəti normaldır. Məsələ ilə bağlı açıqlama verən əməkdar artistin köməkçisi bildirib ki, sənətçinin vəziyyəti yaxşıdır:
“Şükür Allaha salamatlıqdır. Belə şeylərə ehtiyac yoxdu. O boyda sənətkardır, sənəti ilə maraqlanın. Səhhəti yaxşıdır, əladır, yerindədir. Hər şey qaydasındadır”.