Aygün Bəylər bu xəstəlikdən vəfat edib

Aygün Bəylər bu xəstəlikdən vəfat edib

Xəbər verdiyimiz kimi, əməkdar artist Aygün Bəylər (Hümbətova) dünən Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.

AzerTimes xəbər verir ki, süd vəzi xərçəngindən əziyyət çəkən əməkdar artist bir neçə ildir müalicə alırdı. Hətta bununla bağlı mütəmadi olaraq Türkiyəyə müalicəyə də gedirdi.

Hələ 2023-cü ilin martında Aygün Bəylər mətbuata açıqlamasında xəstəliyindən 1 il əvvəl xəbər tutduğunu demişdi.

Qeyd edək ki, 1975-ci ilin avqustun 22-də Bakıda anadan olan Aygün Bəylər ötən gün Türkiyənin Ankara şəhərində vəfat edib.

Teqlər: