“Ayfon”un keyfiyyəti artdı, satışı kəskin azaldı

“Ayfon”un keyfiyyəti artdı, satışı kəskin azaldı

Bu ilin birinci rübündə ABŞ-da satılan smartfonların 33 faizi “Ayfon”un payına düşüb ki, bu da 2017-ci ildən bəri ən pis göstəricisidir.

AzerTimes xəbər verir ki, bu barədə “Consumer Intelligence Research Partners” (CIRP) məlumat yayıb.

Bildirilir ki, son bir ildə “Ayfon” satışı 7 faiz azalıb.

Mütəxəssislər isə bunun iki səbəbini göstərirlər: 1. “Ayfon”ların keyfiyyəti artıb, onlar daha uzun müddət istifadə olunur və yeni smartfon almaq ehtiyacı azalır; 2. İnnovasiyaların tətbiqi tempi və əhəmiyyəti səngiyib. Başqa sözlə, “Ayfon”un amerikalıları onları almağa sövq edə biləcək yeni funksiyalara sahib olma ehtimalı azdır.

Teqlər: