Ayfon 15-in satışı gecikəcək

Ayfon 15-in satışı gecikəcək

“Əpl” şirkəti Ayfon-15-in bütün versiyalarının satışının başlanmasını bir neçə həftə təxirə sala bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Bank of Amerika”nın analitiki Vamsi Mohan məlumat yayıb.

Məlumata görə, mağazalarda Ayfon-15 sentyabrda deyil, yalnız oktyabrda satəşda olacaq.

Bildirilib ki, bu gecikmə “Əpl”in gəlirlərini aşağı salacaq. 2023-cü ilin üçüncü rübündə “Əpl”ın faktiki ümumi gəliri gözləniləndən 2,5% az olacaq.

Teqlər: