İstifadəçilərin əksəriyyəti Ayfon-15-in arxa panelinin şüşəsinin kövrək olması və asanlıqla qırılmasından şikayətləniblər.
AzerTimes xəbər verir ki, Əpl rəsmiləri istifadəçilərin şikayətlərinə cavab verəmlıi olub.
Şirkətdən bildirilib ki, yeni versiyanın arxa paneli həqiqətən də şüşədən hazırlanıb və qırıla biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Əpl arxa panelin zədələnmə riskini minimuma endirmək üçün istifadəçilərə qoruyuculardan istifadə etməyi məsləhət görüb.
Şirkət onu da bildirib ki, istiliyi daha yaxşı ötürmək və cihazın düzgün işləməsini təmin etmək üçün şüşədən istifadə edilib.
Qeyd edək ki, istifadəçilərin əksəriyyəti Ayfon-15 Pro və Pro Maks versiyasından daha çox şikayət edirlər. Onların fikrincə, smartfonlar əl yandıracaq dərəcədə qızır. Əpl məsələni həll etmək üçün yenilənmə tətbiq etmişdi.
Bundan başqa, istifadəçilər bildirirlər ki, Ayfon-15-in səsini 80%-dən yuxarı qaldırdıqda xırıltılı səs çıxır. Bu problem hələ də həll olunmamış qalıb.