Ayfon-15-də bu yeniliklər olacaq

Ayfon-15-də bu yeniliklər olacaq

Ayfon-15 və 15 Pronun detalları bəlli olub.

AzerTimes xəbər verir ki, bu barədə “Bloomberg” xəbər yayıb.

Bildirilir ki, Əpl smartfonlarında yeni, proqramlaşdırıla bilən düymə olacaq. Ekran çərçivəsi, demək olar ki, bir millimetr nazikləşəcək, “Lightning” konnektoru tarixdə ilk dəfə olaraq “USB-C” portunu əvəz edəcək.

Yeni Ayfonun daha böyük ekranı, təkmilləşdirilmiş kamerası və prosessoru olacaq. İlk dəfə standart Ayfon-15 modelində “Dynamic Island” – əlavə funksionallığı olan ön kamera üçün kəsik olacaq.

Qeyd edək ki, “Pro” və “Pro Max” displeyləri LIPO texnologiyası ilə hazırlanacaq ki, bu da ekranın çərçivəsini 0,7 mm kiçildəcək və onun eni cəmi 1,5 mm olacaq.

Məlumata görə, Ayfon Pronun dizaynı da yenilənəcək: korpusun çərçivəsi titandan, arxa paneli isə tutqun şüşədən hazırlanacaq.

Əlavə olaraq, telefonun daxili strukturu da dəyişəcək ki, bu da onun təmirini asanlaşdıracaq.

Teqlər: