Ayfon-15 seriyasına olan tələbat Ayfon-14-dən az olacaq.
AzerTimes xəbər verir ki, bu barədə analitik və nüfuzlu insayder Minq-Çi Kuo məlumat verib.
“Yeni seriya Ayfon-15, Ayfon-15 Plus, Ayfon-15 Pro və Ayfon-15 Pro Maksdan ibarət olacaq”, – Kuo bildirib.
Kuonun sözlərinə görə, hər dörd modeldə şarj üçün USB-C portu və “Dynamic İsland” olacaq:
“Ayfon-15 Pro və Ayfon-15 Pro Maksın daha sürətli “A17 Bionic” prosessoru, titan çərçivəsi, səssiz düyməsi əvəzinə fərdiləşdirilə bilən düymə, displey ətrafındakı daha incə çərçivələr və Pro Maks kamerası üçün təkmilləşdirilmiş optik zum daxil olmaqla əlavə funksiyalar əldə edəcəyi gözlənilir” .
Qeyd edək ki, “Əpl” şirkətinin yeni Ayfon-15 modelini sentyabrda təqdim edəcəyi bildirilir.