Ayfon 14 Pro yenilənmiş ön və arxa kameralar, həmçinin daha sürətli A16 çipi ilə təchiz olunacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Power On” məlumat yayıb.
“Əsas kameraya 48 meqapiksellik sensor daxildir. Displeyin ətrafında daha incə çərçivələr və Face ID və və ön kamera üçün iki kəsik olacaq”, – məlumatda qeyd olunub.
Bildirilib ki, Ayfon 14 Pronun yeni versiyasında əsas funksiyalar yenilənmiş kilid ekranı və həmişə açıq displeydir.