Ayfon-14 uğur qazanmadı

Ayfon-14 uğur qazanmadı

Əpl şirkəti Ayfon-14 smartfon telefonlarının istehsalını artırmamaq qərarına gəlib. Buna səbəb iki həftə əvvəl satışa çıxarılan modelə tələbatın az olmasıdır.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq”məlumat yayıb.

Bildirilir ki, şirkət tədarükçüləri 2022-ci ilin ikinci yarısında Ayfon-14 smartfonlarının istehsalını 6 milyon ədəd artırmaq niyyətində olmadığı barədə xəbərdar edib. Şirkət bu ilin sonuna qədər 90 milyon ədəd buraxmağı planlaşdırır.

Qeyd olunur ki, dünyanın ən böyük smartfon bazarı olan Çin smartfon bazarında Ayfon-14-ün satışa çıxdıqdan sonra ilk üç gündə alış həcmi 2021-ci ildəki Ayfon-13-dən 11% aşağı olub. Proqnozlara görə, bu il qlobal smartfon bazarı 6,5% azalaraq 1,27 milyard ədəd təşkil edəcək.

Teqlər: