Aydın Sadıxovun “Macarıstanın sərvətləri” fotosərgisi keçiriləcək (FOTO)

Macarıstan Səfirliyi AZAL-ın dəstəyi ilə Aydın Sadıxovun Macarıstanın Milli Gününə, eləcə də Bakı ilə Budapeşt arasında birbaşa aviareysin bərpasına həsr olunmuş “Macarıstanın sərvətləri” fotosərgisini təqdim etməyi planlaşdırır.

Azərbaycanlı fotoqraf, Macarıstanın Bürünc Ləyaqat Xaçı mükafatının sahibi Aydın Sadıxov artıq Azərbaycanda və Avropada bir neçə fotosərgi təşkil edib. Bu il cənab Sadıxov “Macarıstanın sərvətləri” adlı fotoşəkillərindən ibarət yeni sərgisini təqdim edir. Bu seçim cənab Sadıxovun Macarıstanı kəşf etməsində növbəti addımdır.

Macarıstan zəngin mədəni və tarixi irsə malik Avropanın ən maraqlı və heyrətamiz gözəl ölkələrindən biridir. Macarıstan, mistik əfsanələri ilə dolu çoxlu sayda qəsrlərə və qalalara, saraylara və təkrarolunmaz arxitekturaya malik qədim evlərə, gözəl təbii qoruqlara və, təbii ki, çoxlu maraqlı mədəni adətlərə malikdir. Bu mədəni layihənin məqsədi sərgi ziyarətçilərini Macarıstan şəhərlərinin nadir tarixi və mədəni yerləri ilə tanış etməkdir. Sərgidə cənab Aydın Sadıxovun Macarıstana müxtəlif səfərlərindən, o cümlədən Budapeşt, Eger, Esterqon, Dyör, Mişkolts, Şopron, Seqed, Vişeqraddan ibarət on səkkiz foto işi təqdim olunur. Saray, qəsr, qala, kilsə, ev, abidə və adət-ənənələr daxil olmaqla, bütün tarixi-mədəni abidələr ölkəmiz üçün əvəzsiz və mühüm sərvətlərdir.


Bizim gözləntimiz budur ki, “Macarıstanın xəzinələri” sərgisi ölkələrimiz arasında gözəl və dostluq münasibətlərinə diqqəti cəlb edəcək və Azərbaycan vətəndaşlarını Macarıstana səfər edənlərin sayının artmasına qoşulmağa ilhamlandıracaqdır. Sərgi Heydər Əliyev Hava Limanında 25 oktyabr – 7 noyabr 2021-ci il tarixlərində açılacaq.

Macarıstan səfirliyi Heydər Əliyev Hava Limanının rəhbərliyinə sərgi üçün yerin pulsuz və heç bir təzminat ödənilmədən ayrılmasına göstərdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirir.

Teqlər: