Qaradağ rayonundan millət vəkili seçilən Aydın Hüseynovun paylaşımı sosial şəbəkələrdə reaksiyalara səbəb olub.
AzerTimes xəbər verir ki, millət vəkilinin kiçik bir mətndə üslub və qrammatik baxımından çoxsaylı səhvləri, həmçinin uzlaşma əlaqəsini pozması gülüş doğurub. Bir çoxları isə “görəsən, bunu da sürücüsü yazıb” deyə münasibət bildiriblər.
Qeyd edək ki, bir müddət öncə deputat Cavanşir Paşazadənin səhifəsindən paylaşılan statusdakı ciddi səhvlər məsxərə obyekti olmuşdu. Sonradan onun “deputatın sürücüsü tərəfindən” paylaşıldığı bildirilmişdi.
Beləliklə, A.Hüseynovun paylaşımını olduğu kimi təqdim edirik:
“Qaradağ rayonu Ələt qəsəbəsi
Rayon İcra hakimiyyətinin başçisi Suleyman Mikayilovla birlikdə qəsəbə sakinlərilə görüş
Göruşdə sakinlərin qaldırdıqları məsəllərin icrası ilə əlaqədar məlumat velidi,mövcud problemlər və qarşıda göruləcək işlər barədə sakinlərlə birlikdə səmərəli müzakirə aparildı”.