Əslən Güney Azərbaycandan olan İsveç parlamentinin millət vəkili Ayda Kərimli bu ölkənin Avropa Şurasındakı nümayəndə heyətinin tərkibinə daxil edilib.
AzerTimes xəbər verir ki, bu barədə İsveç mediasında bildirilib.
Qeyd edək ki, Qərbi Azərbaycan əyalətindən olan Ayda Kərimli uşaq yaşlarında ailəsi ilə birlikdə İsveçə mühacirət edib və burada boya-başa çatıb.
O, Güney Azərbaycan milli hərəkatının fəallarından olan Mahmud Bilgin və Əfsanə Bilginin qızıdır.