AYB təsdiqlədi: “Avroviziya” Ukraynada keçirilməyəcək!

AYB təsdiqlədi: “Avroviziya” Ukraynada keçirilməyəcək!

Avropa Yayım Birliyi (AYB) Avroviziya-2023 mahnı müsabiqəsinin Ukraynada keçirilməyəcəyini bir daha bəyan edib.

AzerTimes xəbər verir ki, bu barədə AYB-nin saytındakı rəsmi məlumatda deyilir.

“AYB təşkilatçılarının Ukraynanın yarışa ev sahibliyi etməklə bağlı rədd qərarından dolayı ictimaiyyətin məyusluğunu tam başa düşür. AYB üçün prioritet tədbirdə çalışan və iştirak edən bütün şəxslərin təhlükəsizliyini təmin etmək idi”, – deyə bildirilib.

Qeyd edək ki, qurum Ukraynadakı müharibə səbəbindən növbəti müsabiqənin başqa yerdə keçirilməsini təklif edib. Məlumata görə, artıq Avroviziya-2022 yarışmasında ikinci yeri tutan Britaniyaya müraciət edilib.

Teqlər: