Səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev sabah xəstəxanadan evə buraxılacaq.
AzerTimes xəbər verir ki, bu barədə Report-a Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza məlumat verib.
Onun sözlərinə görə, xalq yazıçısının durumu yaxşıdır.
Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılmışdı, ancaq səhhətində problem yarandığından yenidən hospitala yerləşdirilib.