Aya enən kosmik gəmi ilə əlaqə kəsildi

Aya enən kosmik gəmi ilə əlaqə kəsildi

Yaponiyanın “Hakuto-R Mission 1″ kosmik gəmisi Aya eniş etmək üzrəykən onunla əlaqə kəsilib.

AzerTimes xəbər verir ki, bu barədə Yaponiyanın kosmik “İspace” şirkətinin baş direktoru Takeşi Hakamada bildirib.

Hakamada kosmik gəmi ilə əlaqənin kəsildiyini və Ayın səthinə enişi tamamlaya bilməyəcəklərini söyləyib.

Qeyd edək ki, əgər eniş uğurlu alınsaydı, “İspace” Aya kosmik gəmi endirən ilk özəl şirkət olacaqdı.

Teqlər: