Sabirabadda axtarışda olan 34 yaşlı kişinin meyiti tapılıb.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, Saatlı rayonunun Cəfərxan kənd sakini, 1989-cu il təvəllüdlü Şükürov Sübhan Ümidvar oğlunun meyiti Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində aşkar edilib.
İlkin məlumata görə, S. Şükürov yanvarın 24-də evdən çıxıb bir daha qayıtmayıb. Onun tapılması istiqamətində axtarışlar aparılırmış.
Mərhumun ruhu xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.