Axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunub

Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında
Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və
cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında”
22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan
Respublikasının vətəndaşı Murad Niftizadənin ekstradisiyası
haqqında qərar qəbul edilib.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, Sabunçu rayon
prokurorluğunda istintaq olunan cinayət işi üzrə Murad Niftizadənin
2019-cu il dekabrın 13-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi
ərazisində yerləşən çoxmərtəbəli binada anası Fatma Həmzəyeva və
bacısı Elgün Niftizadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edildiyindən barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya
daha çox şəxsi öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində
cəlb olunmuş, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində
beynəlxalq axtarış elan edilib.

Murad Niftizadə Rusiya Fedrasiyasının ərazisində müəyyən
edilərək 2021-ci il oktyabrın 17-də həbs olunmuş, 2022-ci il martın
10-da Rusiyadan Azərbaycana gətirilib.

Teqlər: