Axtarışda olan daha bir azərbaycanlı ölkəyə ekstradisiya edildi

Xəbər - Samir Əli – Trend:

Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında
Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və
cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında”
22 yanvar 1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan
Respublikasının vətəndaşı Elnur Abbasovun ekstradisiyası haqqında
qərar qəbul edilib.
Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, Nəsimi rayon
prokurorluğunda istintaq olunan cinayət işi üzrə Elnur Abbasov
xüsusi amansızlıqla qəsdən adam öldürmə, öldürməklə hədələmə və
zorlama əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən
barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə
redaksiyada) 94-cü maddəsinin 6-cı hissəsi, 109-cu maddəsinin 1-ci
hissəsi və hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin
134-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə
cinayət təqibi orqanından gizləndiyinə görə 1998-ci ildə barəsində
beynəlxalq axtarış elan edilib.
Elnur Abbasov Rusiya Federasiyası ərazisində törətmiş olduğu digər
cinayətə görə Petroqrad rayon məhkəməsinin 29 sentyabr 2017-ci il
tarixli hökmü ilə cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müəyyən
olunub. 2022-ci il fevralın 24-də Ədliyyə Nazirliyi Penitensiar
Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Elnur Abbasov Rusiyadan
Azərbaycana gətirilib.


Teqlər: