Avtoxuliqanlıq edən əsgər barədə cinayət işi başlandı

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu
əsgər Məlikov Əziz Soltanpaşa oğlunun qanunsuz hərəkətləri, o
cümlədən xidmət yerini özbaşına tərk etməsi barədə toplanmış
müvafiq materiallar Hərbi Prokurorluğa daxil olduqdan sonra
araşdırma aparılıb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki,
araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
333.2-ci (Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya
hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin
kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi
təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk
etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu
hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət
yerinə vaxtında gəlməməsi on gündən artıq, lakin bir aydan çox
olmayaraq törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə
uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
Bildirilir ki, yol hərəkəti qaydaları əleyhinə müvafiq inzibati
xətaların törədilməsinə dair kütləvi informasiya vasitələrində və
sosial şəbəkələrdə yayılmış görüntülərlə əlaqədar qanunauyğun
tədbirlərin görülməsi qanunvericiliyin tələblərinə əsasən aidiyyəti
qurumlar tərəfindən təmin olunur.

Teqlər: