Avtoparkların intelektual nəzarət həlli – GPS (VİDEO)

Pandemiya səbəbi ilə tətbiq edilən məhdudiyyətlərdən ən çox təsir alan sektorlardan biri nəqliyyat sektorudur. Avtobuslarla sərnişin daşımaya tətbiq edilən qadağalar taksilərə olan tələbatı təbii olaraq artırdı.

AzerTimes-ın məlumatına görə, bunu GPS izləmə şirkəti olan “Safezone GPS” MMC-nin direktoru Rəşad İbrahimli deyib.

Onun sözlərinə görə, taksi avtoparkları sahibi olan iş adamları üçün nəzarətin intelektuallaşdırılması çox önəmli və prosedurların operativ nəzarət həllərinə hesablanmış mexanizimdir. Son aylardataksi avtoparklarının GPS izləmə xidmətlərinə meyillənmələri başa düşüləndir.


Qeyd olunan işdə sahibkarların köməyinə çatan yerli GPS izləmə şirkəti olan “Safezone GPS” MMC-dir. Şirkət sahibkarlara avtomobilin real vaxt rejimində yeri, sürəti və digər əməliyyat parametrləri haqqında məlumatları onlayn şəkildə sahibkarın mobil telefonuna və kompyuterinə 24 saat fasiləsiz olaraq ötürməkdədir.