Avtomobillərdə gizlədilən dərman preparatları aşkar edilib.
Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyasından gələn “DAF” və “Mercedez Benz” markalı yük avtomobillərinə “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttində baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 5708 həb, 3150 kapsul, 590 ampula, 10 flakon müxtəlif adda dərman preparatları, 1780 ədəd tibbi şam və kremlər, eləcə də 1 ədəd “Canon” markalı fotoaparat və həmin fotoaparata məxsus aksesuarlar aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.