Avtomobillə Yuxarı Şirvan kanalına düşən Rusiya vətəndaşının meyiti tapılıb

Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində “Toyota” markalı
minik avtomobilində Yuxarı Şirvan su kanalına düşən 1995-ci il
təvəllüdlü Nimanixin Vadim Andreyeviçin (Rusiya Federasiyası
vətəndaşı) axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
V.Nimanixinin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran”
dalğıc-axtarış qrupu tərəfindən avtomobilin içərisində aşkar
edilərək sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Teqlər: