Ağdaşda yük avtomobilindən qopan təkər Bərdə sakininə dəyərək onu öldürüb.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, hadisə rayonun Ləki qəsəbəsinin girişində qeydə alınıb.
Belə ki, yük avtomobilinin təkəri çıxaraq yanacaqdoldurma məntəqəsində dayanan Bərdə rayon sakini 1983-cü il təvəllüdlü Aqil Aydın oğlu Hümbətova dəyib və o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.