Sabirabad rayonunun Muğan prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzerTimes Report-a istinadən xəbər verir ki, avtomobil yolu keçmək istəyən qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.
Piyadanın şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.